Bu gün Füzuli rayonunda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş hava limanının uçuş-enmə zolağının uzunluğu 2 800 metr olacaq.
FED.az xəbər verir ki, bu barədə təməlqoyma mərasimində məlumat verilib.
Məlumata görə, hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.