Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Bu barədə FED.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.
Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.
Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
"Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", Müdafiə Nazirliyindən bildirilib.