Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
FED.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, səfirə İrəvanın qeyri-dost hərəkətləri fonunda etiraz notası təqdim edilib.
Nazirlik Ermənistanın rəsmi dairələrində və siyasi elitasında KTMT çərçivəsində və Rusiya ilə ikitərəfli müttəfiqliyin məqsədəuyğunluğuna, habelə Moskva, İrəvan və Bakı arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yolları haqqında üçtərəfli sazişlərin mümkünlüyünə dair şübhələrin yaranmasına etiraz edib.
Rusiya tərəfi erməni səfirinə xatırladıb ki, Ermənistan hakimiyyəti bir sıra qeyri-dost addımlar atıb, bura Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun ratifikasiyası prosesinə başlanılması, baş nazirin həyat yoldaşı A.V.Akopyanın Kiyevə humanitar yardımın ötürülməsi ilə səfəri, həmçinin ABŞ-ın iştirakı ilə ölkədə hərbi təlimlərin keçirilməsi kimi hallar aiddir.
Qeyd edək ki, Roma Statusunun təsdiq edilməsi o deməkdir ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Putinin hibsinə verdiyi orderi təsdiqləyir.
“Bununla bağlı Ermənistanın Moskvadakı səfiri V.V.Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt ifadə verilib”, - XİN məlumat yayıb.
Həmçinin bildirilib ki, Arutyunyana etiraz notası verilib, orada Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və Rusiya Xarici İşlər Nazirliyinə ünvanlanan təhqiramiz bəyanatların yer aldığı və bunun qəbuledilməz olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı fikirlərindən sonra Mariya Zaxarova baş naziri «hər yoldan ötən» adlandırmış, cavabında isə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Zaxarovanı «hansısa katibə» adlandırmışdı.
Həmçinin notada Ermənistanda rusiyapərəst bloger Mika Badalyanla, “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması ilə bağlı narazılıq da ifadə olunub.