“Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.
Eləcə də bax: “Heç bir status haqqında söhbət gedə bilməz, vahid Azərbaycan dövləti var"
FED.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”.
Dünən Rusiya Prezidenti Vladimir Putin bildirib:
"Dağlıq Qarabağın statusu hələ də məlum deyil, rəsmi Moskva status-kvonu qoruyur. Ermənistan və Azərbaycan arasında normal münasibətlər qurularsa, o zaman Dağlıq Qarabağın status məsələsi də həll olacaq."( APA)