“Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”.
FED.az “Sputnik Armenia” istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov bildirib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib. Buna qədər Azərbaycan və Ermənistan tərəfləri ilə Rusiya sülhməramlıları tərəfindən aparılan geniş hazırlıq işləri görülüb”, - R.Muradov belə deyib.
R.Muradovun sözlərinə görə, nəticədə onun şəxsi nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistan tərəfinə qaytarıb.
O bildirib ki, rusiyalı sülhməramlılar üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməkdə davam edəcəklər.