Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, erməni işğalından azad olunmuş Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinin icrasına start verilib.
Eləcə də bax: Hökumətin Qarabağda yaratmaq istədiyi - "Ağıllı Kənd"lər Necə İşləyir? - DETALLAR
FED.az xəbər verir ki, prezidentin sözlərinə görə, layihə çərçivəsində Ağalı kəndində işlərə start verilib.
“Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”, - Əliyev Zəngilan rayonunda olarkən bildirib.
Dövlət başçısına məlumat verildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Layihə çərçivəsində inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.