"Tarixdə əbədi qalacaq qələbə xalqımızda həmrəyliyi, birliyin möhkəmlənməsində yeni bir reallıq yaratmış oldu”.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Zəfərdən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxışı zamanı deyib.
Fondun sədri bildirib ki, azad olunan ərazilərin bərpası, dirçəldilməsi əsas hədəflərdəndir: “Ərazilərə böyük qayıdış əsas prioritetlərin siyahısında yer alıb. Vacib missiyanın öhdəsindən gəlmək üçün ümummilli həmrəylik çox zəruridir. Minlərlə həmvətənlər fonda bu günə qədər Qarabağın bərpası ilə 100 milyonlarla ianə edib. Bu da həmrəyliyimizin gözəl nümunəsidir”.
R.Hacıyev vurğulayıb ki, Qarabağda həyata keçirilən bərpa və yenidən qurma işlərindən danışarkən dağıdılmış infrastrukturun bərpası təkcə əmlakın bərpası və onu əvvəlki halına gətirilməsi deyil. Onun sözlərinə görə, bu həm də bərpa ilə bağlı keyfiyyətin yaxşılaşdırılması üçün yeni standartların, innovativ yanaşmaların tətbiqi üçün gözəl fürsətdir: "Bu gün orada heç nə yoxdur. Bu bizim üçün yeni imkanlar deməkdir. Bərpa işlərinin aparılmasında dövlət başçısının müəyyən etdiyi konsepsiyalar əsasdır. Yeniliklər xüsusi əhəmiyyət kəsb edir. Azad edilən ərazilərin bərpası Azərbaycanı sanki gözümüz önündə innovasiyalar poliqonuna çevirir. Qarabağ Azərbaycanın gələcəyinin modelinə çevrilir. Bu da vacib və uğurlu yanaşmadır. Hesab edirəm ki, bunu dünyada qabaqcıl dövlətlərin istifadə etdiyi quruculuq konsepsiyasının bir növü kimi qiymətləndirmək olar".