Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2020-ci ilin payızında erməni işğalından azad olunmuş Zəngilan rayonuna keçmiş köçkünlərin yerləşdirilməsi bir neçə aydan sonra başlanacaq.
Eləcə də bax: Prezident Kəlbəcər və Laçında olub - YENİLƏNİB
“Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi (“ağıllı kənd” layihəsinin reallaşdırılması üçün )”, - İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı bildirib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev qeyd edib ki, yenidənqurma, bərpa işlərinə artıq start verilib və keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.
Həmçinin, İ.Əliyev vurğulayıb ki, Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur