“Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı. Torpaqlarımız işğal altından azad olundu. İşğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək düşməni torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstəribsiniz: yaralanıbsınız, öz həyatınızı risk altına atıbsınız, böyük şücayət göstəribsiniz".
Eləcə də bax: Prezidentin yaralı hərbçilərlə görüşündəki çıxışının - TAM MƏTNİ
FED.az xəbər verir ki, bunu noyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.
“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik və həmrəylik göstərib. Bütün atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddətdə az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbələrin qazanılmasını şərtləndirdi”, - o qeyd edib.