“Qaranti İnşaat-2012” Məhdud Məsuliyyətli Cəmiyyəti işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlar zamanı Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi fədakarlıq və şücaət göstərən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovnik- leytenantı İmrəliyev Füzuli Şiraslan oğluna “Azadlıq Bağçalı Evlər” yaşayış kompleksindən mənzil hədiyyə edib.
Eləcə də bax: Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTO - VİDEO
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün şirkətin ofisində keçirilən təqdimatda mənzilin sənədləri və açarı hərbçimizə təqdim olunub. Şirkət heyəti adından başda Ali Baş Komandan İlham Əliyev olmaqla, bu zəfərdə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə bütün əsgər və zabitlərimizə dərin minnətdarlıq hissi bildirilib:
"Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
Var olsun Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!"