Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistan üçün çox böyük iqtisadi zərbədir.
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Eləcə də bax: Düşmənin şərab istehsalı zavodu - Azərbaycanın Nəzarətinə Keçib - FOTOLAR
Onun sözlərinə görə, əslində indiyədək də Ermənistanın iqtisadi vəziyyətində çətinlik var idi. «Hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır. Ölkənin xarici dövloət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb.
Bu ilin yanvar-sentyabr aylarında - Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib».
Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır.
«Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var»-deyə komitə sədri bildirir.
Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub.
T.Mirkişilinin sözlərinə görə, İkinci Qarabağ Müharibəsinin nəticələri Ermənistan üçün ümumiyyətlə, fəlakətlidir: «Belə ki, Ermənstanda 10 ən iri vergiödəyicilər arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər.
Ermənisanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır.
Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib.
Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki Hadrut, Fizuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məhrum oldular».
Millit vəkili bildirir ki, Qarabağın və digər torpaqların itirilməsi Ermənistanı son illər tanıtmaq istədiyi şərab brendindən də məhrum edib: «Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. "Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kəndsə erməni işğalından qurtulub. Ermənistanı çox çiddi iqtisadi fəlakət gözləyir. Bundan onları kimsə xilas edə bilməyəcək».