Ermənistanın əmək və sosial məsələlər naziri Zaruhi Batoyan Dağlıq Qarabağdakı ermənilərin kütləvi şəkildə qaçaraq Ermənistana sığınmasından danışıb.
Eləcə də bax: “Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb” - Kerri Kavano
FED.az xəbər verir ki, erməni nazir özünün “Facebook” səhifəsində insanların narahatlığını ifadə edib.
O bildirib: “Müvəqqəti olaraq Ermənistana köçürülən “Artsax xalqı”nın (Qarabağda yaşayan ermənilər – red) yaşayış problemlərini həll etmək üçün 114 qaynar xətti vasitəsilə əlaqə saxlamaq lazımdır”.
Nazir daha sonra ünvan göstərək qeyd edib ki, Qarabağdan qaçan ermənilər onlar üçün ayrılan yerdə gecələyə bilərlər: “Qeyd etdiyim ünvana müraciət edərək burada gecələyə bilərsiniz. Xahiş edirəm, çaxnaşma yaratmayın”.
Zaruhi Batoyanın statusundan məlum olur ki, Qarabağdan Ermənistana qaçan ermənilər bu ölkədə ciddi problemlə üzləşiblər. Onların bir çoxunun qalmağa yeri və gün ərzində qidalanmaq üçün maddi imkanları yoxdur. Ermənilərin bəziləri yaxınlarının evinə sığınsa da, küçələrdə əlacsız qalanlar da az deyil. İndiki məqamda Qarabağdakı ağır məğlubiyyətdən ayıla bilməyən Ermənistan rəhbərliyini ermənilərin acınacaqlı yaşayışından çox, özünün taleyi düşündürür. (Azvision)