Bu günə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə işğaldan azad olunmuş ərazilər üzrə 410-dan çox müxtəlif təyinatlı tikinti obyektinə ümumilikdə 6 000 hektardan çox torpaq sahəsinin ayrılmasına dair müraciət edilib.
Azad edilmiş kəndlərdə yaşayan əhaliyə - Pay Torpaqları Veriləcək
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, artıq 110-dan çox tikinti obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilib, 100-dən artıq obyektin tikintisinə icazə verilməsi üçün layihə-smeta sənədləri Komitəyə təqdim olunub. (Report)