Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı əsasında avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Elm və Təhsil Nazirliyinin təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiləyib dövlət başçısına məlumat verməlidir.