Qarabağ ərazisində sahibkarlıq subyektlərinə əlavə olaraq yeni güzəştlər hazırlanır.
Eləcə də bax: Ağdam Sənaye Parkında sosial zonanın təşkili - YEKUNLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, bu güzəştlər əvvəl vergiyə aid idisə, hazırda həm də sosial sığortaya da aid olacaq.
"Bir də ola bilsin, müəyyən subsidiyalar olsun. Sahibkarların hamısına elə bir şərait yaradılmalıdır ki, onlar orada işləməkdə maraqlı olsunlar. Bu istiqamətdə işlər aparılır", - deyə S. Ələkbərov qeyd edib.