"Eximbank" tərəfindən Macarıstanın 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 mln. ABŞ dolları məbləğində kredit xətti açılıb.
Eləcə də bax: Macar şirkətləri də Qarabağda quruculuq - Proqramına Qoşulur
FED.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bank daxilində artıq qərar verilib ki, növbəti kredit xətti də açılsın: "Artıq maliyyə imkanları "Eximbank" tərəfindən təmin olunur və mən inanıram ki, həqiqətən də bu, Macarıstan şirkətlərinin Azərbaycanda rəqabətini də artıracaq". (Apa)