Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir.
Eləcə də bax: Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü
FED.az Ordu.az-a istinadən xəbər verir ki, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks hücum əməliyyatları zamanı məhv edilib.
Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub.
Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən "Qamışlı Hərbi Şurası" qruplaşması tərkibində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror əməliyyatlarında iştirak edib.