Noyabrın 17-də Bakıda Qarabağın yenidən qurulmasinda körpü və tunel tikintilərində istifadə edilən müasir materiallar, mexanizmlər və istifadə qaydalarna aid konfrans keçiriləcək.
FED.az xəbər verir ki, konfransın işində «Turquoise» şirkəti, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, «FREYSSINET», «Istanbulteknik», «PROYAPI», «AIRONN», «ARFEN» şirkətləri iştirak edəcək.
Tədbir Qarabağda çəkilən yollar, tikilən körpülər və tunellərə həsr olunan qısa video ilə başlayacaq.
Tədbirdə Azərbaycan Avtomobil Yollan Dövlet Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Rektoru Gülçöhrə Məmmədova, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinin Rəisi Təyyar Hüseynli, Türkiyənin Azərbaycandakı səfiri Dr.Cahit Bağcı çıxış edəcəklər.
Bundan başqa, tədbirdə tunellərde ve avtodayanacaqlarda havalandırma (Ovit, Zigana, Kuzey Marmara tunelleri, Maslak 1453 avtodayancag) mövzusunda «AIRONN» şirkətinin nümayəndələri Uğur Akgül, Efe Ünal;
Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşınmının həyata keçirilmesi, Qarabağ üçün zəlzələyə davamlı bina modeli mövzusunda Marco Novarin (FREYSINNET şirkəti);
Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri mövzusunda Mehmet Kara, Fazil Rahim (ARFEN KÖPRÜ şirkəti) kimi çıxışolar nəzərdə tutulub.
Konfrans sual cavab sessiyası və innovativ məhsulların təqdimatı ilə davam edəcək.