Bu ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 005 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 386 fərdi sahibkar fəaliyyət göstərib.
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə hansı güzəştlər verilir?
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib.