Azərbaycan hökuməti Qarabağdakı tikinti-quruculuq işlərində dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması istiqamətində addımlar atır və bu proses həmin ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Eləcə də bax: Ağdam şəhərinə qayıdışın tarixi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Rebuild Karabakh" sərgisinin açılışında çıxışı zamanı bildirib."Sözügedən fəaliyyət istiqamətində İqtisadiyyat Nazirliyinə 1200-dən artıq layihə üzrə müraciət daxil olub. Bunun da 400-dən çoxu xarici şirkətlərin payına düşür", - deyə nazir müavini əlavə edib.
S. Məmmədov onu da deyib ki, ikinci ildir keçirilən sərgidə ekspozisiya 10% artıb. Ümumilikdə builki sərgidə 17 ölkədən 300-dən çox şirkət iştirak edir. (Apa)