İşğaldan azad edilmiş ərazilərdə geniş sənaye xammalı potensialı mövcuddur. Bu ərazilər özünəməxsus geoloji quruluşu, filizsaxlayan kompleksləri, geoloji tektonik inkişaf şəraiti, metallogenik xüsusiyyətləri və bunlarla əlaqadar müxtəlif formasiyalarda təşəkkül tapmış bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malikdir.
Eləcə də bax: Azərbaycanda faydalı qazıntı yataqları hərrac yolu ilə - İstismara Veriləcək
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, bu bölgədə ehtiyatları təsdiq olunmuş 167 müxtəlif növ faydalı qazıntı yataqları, yeraltı şirin su və mineral su ehtiyatları aşkarlanıb.(Report)