Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçiriləcək.
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər - AÇIQLANDI
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub.
Qeyd edilib ki, ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.