2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 23 yeni kiçik sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 35,3 % çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 5,7 %-i və yaxud 12 026-sı kiçik sahibkarlıq subyekti olub.
Bu, əvvəlki ilin sonuna nisbətən 2 317 vahid və yaxud 23,9 % çoxdur.
Hesabat tarixinə kiçik sahibkarlıq subyektlərinin 73 %-i və yaxud 8 782-si Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 29,4 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 197 (8,2 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 51 (15,9 % çox) kiçik sahibkarlıq subyekti olub.