“Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb”.
Qubadlıda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi - BƏRPA EDİLİB
FED.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.
“Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu) radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.
Bundan başqa, adı çəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş radiotezliklər də müəyyən olunub.