Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Qarabağ və Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri - AÇIQLANIB

Qarabağ və Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri - AÇIQLANIB | FED.az
17:17 21 İyul 2022

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb.

Eləcə də bax: “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb - FƏRMAN

FED.az bu barədə qurumların nizamnamələrinə istinadən xəbər verir.

Məlumata görə, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;

- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;

- müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;

- müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;

- müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.

Bundan başqa, nizamnamələrdə xidmətilərn vəzifələri də öz əksini tapıb:

- müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, o cümlədən bu tikinti işləri üzrə sifarişçi funksiyalarını həyata keçirmək;

- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaların qorunmasını və saxlanılmasını təmin etmək, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək müvəqqəti olaraq bu binaları idarə etmək;

- idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə olan tələbatının ödənilməsini təmin etmək;

- idarə etdiyi çoxmənzilli binalarda quraşdırılmış liftlərin işlək vəziyyətdə saxlanılmasını, cari və əsaslı təmirini həyata keçirmək, onların istismarına nəzarət etmək;

- tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə haqq almaq;

- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binalara və fərdi yaşayış evlərinə sakinlərin köçməsindən irəli gələn təşkilati və digər tədbirlər görmək;

- müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin yaradılmasını və idarə olunmasını təşkil etmək, mühəndis-kommunikasiya təminatı sistemlərinin saxlanılmasına, cari və əsaslı təmirinə, eləcə də istismarına nəzarət etmək, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək;

- müvafiq ərazidə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirmək;

- müvafiq ərazidə içməli su, kanalizasiya, elektrik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;

- idarə etdiyi çoxmənzilli binaların və tikintisini təşkil etdiyi digər obyektlərin, habelə müvafiq ərazidə sosial-mədəni obyektlərin qış mövsümünə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

- müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətlərini göstərmək və bu xidmətlərə görə haqq almaq;

- müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil etmək;

- müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;

- müvafiq ərazidə məhəllələrin, küçələrin, meydanların, parkların və yaşıllıq zonalarının işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işini təşkil etmək;

- Xidmətə ayrılan məqsədli vəsaitlər hesabına ölkə prezidentinin tapşırığı əsasında müvafiq ərazidə sosial təyinatlı və digər obyektlərin tikintisinin təşkilini, onların tikintisi üzrə sifarişçi funksiyalarının yerinə yetirilməsini, habelə bu qaydada tikilmiş obyektlərin qorunmasını, saxlanılmasını və təyinatı üzrə istifadəsini təmin etmək;

- müvafiq ərazidə bayramlara və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş ictimai tədbirlər keçirmək, tərtibat işləri aparmaq və digər zəruri tədbirlər görmək;

- müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar digər dövlət orqanlarının (qurumlarının) sifarişi ilə aparılan tikinti işlərinə zəruri təşkilati dəstək göstərmək;

- müvafiq ərazidə dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərmək;

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

- müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

- Xidmətin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Xidmətin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

- Xidmətə ayrılan büdcə vəsaitindən (o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün), kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- Ölkənin beynəlxalq müqavilələri ilə tənzimlənən və Xidmətin səlahiyyətinə aid olan məsələlər üzrə ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- Xidmətin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Xidmətlərin hüquqları isə aşağıdakılardır:

- müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

- müvafiq sahədə beynəlxalq müqavilələrə ölkənin tərəfdar çıxması barədə təkliflər vermək;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- Xidmətin əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Banner
Banner
  • Qarabağ
  • Şərqi Zəngəzur
  • fərman
  • nizamnamə
  • Bərpa
  • Tikinti və İdarəetmə Xidmətləri
  • fəaliyyət
  • istiqamətlər
Paylaş

Digər xəbərlər

Ermənistan ərazisindən snayper atəşi nəticəsində - HƏRBÇİMİZ ŞƏHİD OLDU
Qarabağ 30 Sen 2023
Ermənistan ərazisindən snayper atəşi nəticəsində - HƏRBÇİMİZ ŞƏHİD OLDU
Qondarma qurumun "xarici işlər" və "müdafiə nazirlər"i də həbs olundu - RƏSMI
Qarabağ 30 Sen 2023
Qondarma qurumun "xarici işlər" və "müdafiə nazirlər"i də həbs olundu - RƏSMI
Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
Qarabağ 30 Sen 2023
Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda - HAZIR OLACAQ
Qarabağ 30 Sen 2023
Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda - HAZIR OLACAQ
Şuşada bu ilin sonunda - BUTİK HOTEL TİKİLƏCƏK
Qarabağ 30 Sen 2023
Şuşada bu ilin sonunda - BUTİK HOTEL TİKİLƏCƏK
Cəbrayılda tikilən yaşayış kompleksi - 33 BİNADAN İBARƏT OLACAQ
Qarabağ 30 Sen 2023
Cəbrayılda tikilən yaşayış kompleksi - 33 BİNADAN İBARƏT OLACAQ
Xocavənddə müsadirə edilən artilleriya quruğularının görüntüləri yayılıb - VİDEO
Qarabağ 30 Sen 2023
Xocavənddə müsadirə edilən artilleriya quruğularının görüntüləri yayılıb - VİDEO
Azərbaycan polisi qondarma "DQR"in "Daxili işlər Nazirliyi"nin binasında - VİDEO
Qarabağ 29 Sen 2023
Azərbaycan polisi qondarma "DQR"in "Daxili işlər Nazirliyi"nin binasında - VİDEO
Qarabağ erməniləri «Azercell», «Bakcell», «Nar»la danışmaq istəyirlər
Qarabağ 29 Sen 2023
Qarabağ erməniləri «Azercell», «Bakcell», «Nar»la danışmaq istəyirlər
Prezident Administrasiyası Yevlax görüşünün - DETALLARINI AÇIQLADI
Qarabağ 29 Sen 2023
Prezident Administrasiyası Yevlax görüşünün - DETALLARINI AÇIQLADI
Qarabağda müsadirə edilmiş silah-sursatın - YENİ SİYAHISI
Qarabağ 29 Sen 2023
Qarabağda müsadirə edilmiş silah-sursatın - YENİ SİYAHISI
Komitə sədri: "Laçın şəhərinin Baş Planı üzərində işlər başa çatmaq üzrədir"
Qarabağ 29 Sen 2023
Komitə sədri: "Laçın şəhərinin Baş Planı üzərində işlər başa çatmaq üzrədir"
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu şirkətlər işçilər axtarır - MAAŞ 400-500-700-800-1000-1200-1400-1500-2000 MANAT - 37 VAKANSİYA
    21:47 30 Sen 2023
  • Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
    20:49 30 Sen 2023
  • Ermənistan ərazisindən snayper atəşi nəticəsində - HƏRBÇİMİZ ŞƏHİD OLDU
    20:03 30 Sen 2023
  • Bakıdan Avropaya uçuş cəmi 120 avro - YENİ TƏYYARƏ REYSİ AÇILDI
    16:46 30 Sen 2023
  • Qondarma qurumun "xarici işlər" və "müdafiə nazirlər"i də həbs olundu - RƏSMI
    16:35 30 Sen 2023
  • Çökmə olan univermaqda söküntü aparılır - FOTO
    14:06 30 Sen 2023
  • Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
    13:55 30 Sen 2023
  • Şirvanda təmir işləri ilə bağlı tenderə - YEKUN VURULDU
    13:51 30 Sen 2023
  • Dövlət Agentliyi daha on yeddi tenderə - YEKUN VURDU - QALİBLƏR
    13:33 30 Sen 2023
  • Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətindən – BÖYÜK TENDER ELANI
    13:30 30 Sen 2023
  • Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM
    13:25 30 Sen 2023
  • Nazir: "Bakı bulvarının ərazisi 2040-cı ilə qədər uzadılacaq"
    13:16 30 Sen 2023
  • Dövlət qurumundan “HN Medical” MMC-yə - 600 MİNLİK SİFARİŞ
    13:11 30 Sen 2023
  • İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini - QƏBUL EDİB
    13:08 30 Sen 2023
  • Dövlət qurumu 875 min manatlıq tenderə - YEKUN VURDU
    13:05 30 Sen 2023
  • Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda - HAZIR OLACAQ
    13:01 30 Sen 2023
  • Aydın Kərimov: "Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq"
    12:54 30 Sen 2023
  • Dövlət qurumundan “Caspian Equipment” QSC-yə - 2,7 MİLYON MANATLIQ SİFARİŞ
    12:36 30 Sen 2023
  • Manqalların əfsanəsi – KABABLIQ GƏLDİ! - VİDEO
    12:32 30 Sen 2023
  •  "Qismət-M House” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:29 30 Sen 2023
  • Dövlət qurumu 2 ədəd lokomotivin alınmasına - 1,2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
    12:25 30 Sen 2023
  • 1,6 milyon manatlıq tenderin qalibi - BU ŞİRKƏT OLDU
    12:23 30 Sen 2023
  • İlk səkkiz ayda meşə fındığından gəlirlər 68,1 milyon dollar olub - GƏLİRLƏR 12% ARTIB
    12:19 30 Sen 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:19 30 Sen 2023
  • Azərbaycan pambıq mahlıcı ixracından gəlirlərini 72%-ə artırıb
    12:11 30 Sen 2023
  • “Koneks Construction” MMC daha - İKİ TENDERİ UDDU
    12:10 30 Sen 2023
  • Dövlət qurumu elektronik avadanlıqlar alınması ilə bağlı tenderə - YEKUN VURDU
    12:08 30 Sen 2023
  • Azərbaycanın qızıl ixracından gəlirləri 7 dəfə artıb
    12:07 30 Sen 2023
  • Dövlət qurumu əsaslı təmir ilə bağlı tenderin nəticələrini - AÇIQLADI
    12:03 30 Sen 2023
  • Pomidor ixracından gələn gəlirlər 7%-dən çox azalıb
    12:01 30 Sen 2023
  • Dolu düşəcək, leysan, qar yağacaq - XƏBƏRDARLIQ
    11:59 30 Sen 2023
  • Kartof ixracından gəlirlər 12%-dək aşağı düşüb
    11:57 30 Sen 2023
  • Şuşada bu ilin sonunda - BUTİK HOTEL TİKİLƏCƏK
    11:53 30 Sen 2023
  • Azərbaycan albalı və gilas ixracından gəlirlərini 7%-dən çox artırıb
    11:48 30 Sen 2023
  • İlk səkkiz ayda şaftalı ixracından gəlirlər 45 dollar manat olub - GƏLİRLƏR 57% ARTIB
    11:43 30 Sen 2023
  • Dövlət qurumunun 173 minlik tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
    11:37 30 Sen 2023
  • Cəbrayılda tikilən yaşayış kompleksi - 33 BİNADAN İBARƏT OLACAQ
    11:33 30 Sen 2023
  • Yardımlıda yolların təmiri “Pro Təmir Tikinti” MM-yə - HƏVALƏ EDİLDİ
    11:29 30 Sen 2023
  • Azərbaycanın karbamid ixracından gəlirləri 3 dəfədən çox artıb
    11:26 30 Sen 2023
  • Dövlət qurumu tibbi avadanlıqlara 744 min manat - XƏRC ÇƏKƏCƏK
    11:26 30 Sen 2023
  • Ötən ay 6,1 milyon dollarlıq meşə fındığı ixrac olunub - GƏLİRLƏR KƏSKİN ARTIB
    11:21 30 Sen 2023
  • Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
    11:16 30 Sen 2023
  • İlkin formalı poliropilen ixrac gəlirləri 46%-dək artıb
    11:15 30 Sen 2023
  • Dövlət qurumundan - “Vitam” MMC-yə 171 MİNLİK SİFARİŞ
    11:09 30 Sen 2023
  • Azərbaycan ötən ay şaftalı ixracından gəlirini 42-dək% artırıb
    11:05 30 Sen 2023
  • Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən MÜRACİƏT
    11:01 30 Sen 2023
  • Bu ölkənin ən hündür göydələni tikilir
    10:47 30 Sen 2023
  • “RF Furniture Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    10:47 30 Sen 2023
  • Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır - TENDER
    10:40 30 Sen 2023
  • “Vertico Service” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    10:37 30 Sen 2023
  • Xocavənddə müsadirə edilən artilleriya quruğularının görüntüləri yayılıb - VİDEO
    10:35 30 Sen 2023
  • “MEQA HƏYAT"ın yaşam sığortası məhsulu - DAHA ÇOX GƏLİR TƏKLİF EDİR
    10:31 30 Sen 2023
  • Sabahdan taksi sürücülərinə - YENİ TƏLƏBLƏR QOYULUR
    10:29 30 Sen 2023
  • Avtomobillərin sığortası üzrə ödənişlər 12% artıb
    10:25 30 Sen 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    10:23 30 Sen 2023
  • Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
    10:16 30 Sen 2023
  • Sabahdan taksi sahəsində - YENİLİKLƏR BAŞLAYIR - DETALLAR
    10:11 30 Sen 2023
  • Mobil bankçılıq üzrə əməliyyatların həcmi - İLLİK ARTIB, AYLIQ AZALIB
    10:09 30 Sen 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:05 30 Sen 2023
  • "Lnsaz" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:57 30 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 6.26▼-0.24% Dövlət istiqrazları 2 il - 8.04▲0.56% Dövlət istiqrazları 3 il - 7.87▼-0.29% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.13▼-0.08% NOT (168 gün) - 8.05●0.00% NOT (252 gün) - 8.46▼-0.03% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 4.90▼-1.78% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 6.04▼-0.56% 1W AINAib - 7.70▼-0.20% 2W AINAao - 6.04▲0.15% 2W AINAib - 8.00●0.00% 1M AINAao - 6.00▲0.20% 1M AINAib - 5.80▲5.80%
SOCAR [ AZ2002019894 ] Alış: 1003.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 910.67 / Satış: 956.20 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1004.07 / Satış: 1020.97 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73