2023-cü ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 6 milyard 393 milyon 211,7 min manat (cari məzənnə ilə təxminən $3,8 milyard) investisiya yatırılıb ki, bu da 2022-ci ilin göstəricisindən 55,7% çoxdur.
"İşğaldan azad edilmiş ərazilərdə 7 sahibkara kredit verilib"
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 2 milyard 438 milyon 21,4 min manat (2023-cü ildə Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 12%-i) təşkil edib ki, bunun da 2 milyard 362 milyon 675,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. 2023-cü ildə Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci illə müqayisədə 29,2%, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 27,8% artıb.
Ən çox investisiya - 677 milyon 174,2 min manat (Qarabağ üzrə bütün investisiyaların 27,8%-i) Füzuli rayonuna yatırılıb. Şuşa rayonu üzrə investisiyalar 623 milyon 158 3 min manat, Ağdam rayonu üzrə 568 milyon 374,3 min manat təşkil edib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 3 milyard 955 milyon 190,3 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 19,5%-i) yönəldilib ki, bunun da 3 milyard 749 milyon 665,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2022-ci illə müqayisədə hər iki göstərici müvafiq olaraq 78,2% və 73,3% artıb.
2023-cü ilə kapital qoyuluşunun əsas hissəsi - 1 milyard 563 milyon 743 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 39,5%-i) Laçın rayonunun payına düşüb. Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 879 milyon 512,2 min manat, Cəbrayıl rayonu üzrə 639 milyon 253,5 min manat məbləğində olub.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296 milyon 571,2 manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8% çox vəsait yönəldilib. (İnterfaks-Azərbaycan)