Qarabağ münaqişəinin həlli çərçivəsində Qarabağda Rusiya sülhməramlı qüvvələri yerləşdiriləcək.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı bəyanata əsasən, Azərbaycan ərazisində - Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdiriləcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev xalqa müraciətində bildirib. Onun sözlərinə görə, Rusiyanın 1960 silahlı hərbçisi, 90 zirehli texnikası və 450 avtomobili olacaq. Rusiya qüvvələri həm də Azərbaycanla Ermənistan arasında kommunikasiya və nəqliyyat dəhlizlərini qoruyacaqlar.
Rusiya sülhməramlılarının bəyanatda nəzərdə tutulan qalma müddəti 5 ildir, amma buna tərəflər etiraz etməsələr həmin müddət avtomatik uzadılacaq.
Laçın dəhlizinin eni 5 kilometr olacaq və burada Ermənistanla erməni rayonları arasında gəliş gedişə və yüklərə Rusiya qoşunları nəzarət edəcək.
Yeri gəlmişkən, Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin də yenidlən qurulması nəzərdə tutulur.
Bəyanata əsasən, Ermənistan tərəfi, noyabrın 20-dək Ağdamı, 25-dək Kəlbəcəri və dekabrın 1-dək Laçını boşaldacaq.