Hazırda Qarabağ İqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir.
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın - EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyd edilən regionda həmçinin dəmir yolu layihəsi də reallaşdırılır: “Həmçinin 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir.
Həmçinin Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun".
E. Hüseynov Qarabağda enerji və su infrastrukturun bərpası məsələsinə toxunaraq bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir: "Qarabağ İqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir". (Report)