Qarabağda yaşayan erməni sakinlər rəsmi Bakıdan xahiş ediblər ki, azad olunan ərazilərdə mobil rabitə, televiziya və radio yayımı təşkil edilsin.
FED.az xəbər verir ki, bu barədə sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüşdə bildirilib.
Prezident iAdministrasiyasının yaydığı xəbərə görə, görəşdə ermənilər tərəfindən xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.