Qarabağ Dirçəliş Fondunun cari fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçirəcək.
FED.az xəbər veriri ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.
Sənədə əsasən, İdarə Heyəti 3 üzvdən - Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 2 müavinindən ibarət olacaq