“Rusiya Qarabağdakı insanlara humanitar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki bütün tərəfdaşların cəlb olunmasında maraqlıdır”.
Eləcə də bax: Putin Təhlükəsizlik Şurasında yenə - Qarabağı Müzakirə Etdi
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.
“Rusiya tərəfi İrəvan və Bakı ilə koordinasiyalı şəkildə onsuz da bütün bu məsələlərlə məşğul olur. Təbii ki, KTMT və MDB-dəki bütün tərəfdaşlarımızın humanitar səylərinə qoşulmaqda maraqlıyıq. Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da müzakirə edirik”, - deyə Putin sözlərinə əlavə edib.
Putin bildirib ki, Dağlıq Qarabağdakı müharibə zonasında əziyyət çəkən insanlara ortaq şəkildə yardım göstərmək vacibdir:
“İndi döyüş əməliyyatları zonasında təsirlənmiş insanlara birgə yardım göstərməliyik. Qaçqınların geri qaytarılması ilə bağlı humanitar problemlərin həllinə, məhv edilmiş infrastrukturun bərpasına, tarix, din və mədəniyyət abidələrinin qorunmasına köməklik göstərin”. (Qafqazinfo)