“Sülhməramlılarla bağlı bizim 2020-ci il 10 noyabr tarixli birgə bəyanatımızda da qeyd olunub. Burda əlavə ediləsi bir şey yoxdur”.
Eləcə də bax: Paşinyan rus qoşunlarının Qarabağda 10-15 il də qalmasını - İSTƏYİR
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib. “O ki qaldı sülh müqaviləsinə, hələlik o yoxdur. Hələlik bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfin nail olacağı güzəştlər predmetidir”, - Rusiya prezidenti vurğulayıb.
Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında da danışıb:
“Bu çox vacib məsələdir. Biz bu gün bu haqda həqiqətən çox danışdıq. Biz sərəncamımızda olan Sovet Ordusunun Baş Qərargahının xəritələrini təqdim etməyə hazırıq. Onlar ən dəqiq xəritələrdir. Bu bazada hər iki tərəflə irəli getməyi müzakirə etməyə hazırıq. Biz razılaşdıq ki, bu təmaslar, danışıqlar və məsləhətləşmələr davam etdiriləcək”.
Putin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin gələcək taleyindən də danışıb.
“Biz bu barədə danışdıq. Bunun üçün bizim birgə razılığımız olmalıdır. Bilirsiniz, bu, digər məsələlərdən asılı olacaq. Misal üçün, sülh müqaviləsinin mümkün imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdən asılıdır. Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq. Lakin bütün hallarda hər iki tərəf Rusiyaya gördüyü işə görə təşəkkürlərini ifadə etdilər”, - Putin Paşinyanın sülhməramlıların mandatının uzadılmasına dair açıqlamasına münasibət bildirərkən deyib. (Apa)