Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
“İclasın gedişində iştirakçılar Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələlərini müzakirə etdilər. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə, o cümlədən Əfqanıstandakı vəziyyətlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunuldu”, - deyə Peskov qeyd edib.