Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Xatırladaq ki, ənənəvi olaraq prezident tərəfindən təyin edilən icra hakimiyyəti başçısının rəhbərlik etdiyi icra hakimiyyətlərindən fərqli olaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərində yeni idarəetmə üsulu tətbiq edilir. Burada bir neçə rayon üzrə prezidentin xüsusi nümayəndəsi təyin edilir. Belə yanaşma, idarəetmə prosesinə daha az məmurun cəlb edilməsinə şərait yaradır.









