Banner
Banner

Qarabağ

Prezidentin sərəncamı ilə təltif olunan - 7 ŞƏHİD POLKOVNİK

Prezidentin sərəncamı ilə təltif olunan - 7 ŞƏHİD POLKOVNİK | FED.az
21:15 9 Dek 2020

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. 

FED.az-ın məlumatına görə, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülənlərdən bir neçə yüksək rütbəli zabitimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Onlardan biri olan  polkovnik Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbə daxil olub, 1992-ci ilə qədər həmin məкtəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türкiyə Ali Hərbi Hava Qüvvələri Məкtəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məкtəbi təyyarəçi ixtisası üzrə bitirib. 

Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl istiqamətində şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub. Ailəli və 2 övlad atası idi.

Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov

Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun 1976-cı ildə Bakıda anadan olub. O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub. Aprel döyüşlərində də ön cəbhədə olan Əfqan Abdurahmanov Vətən Müharibəsi zamanı Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına rəhbərlik edib. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Bundan başqa, Əfqan Abdurahmanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsinə rəhbərik edib.

Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbiçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirən zaman ona bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır. Düşmən isə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq hərbiçilərimizin olduğu ərazini atəşə tutur. O, partlayış dalğası nəticəsində şəhid olur.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərov  

Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynada anadan olub. Sumqayıt şəhərinin 11 nömrəli tam orta məкtəbində təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ailəli və 5 övlad atası idi.

Ramiz Cəfərov 1989-1992-ci illərdə Cəmşid Naxçıvanlı adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. Bir müddət Qarabağ müharibəsində savaşan Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polкovniк-leytenantı olan Ramiz Cəfərov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhid polkovnik-leytenant Əkbərov Orxan

Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci il Biləsuvar rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2002-ci ildən öz istəyi ilə cəbhə bölgəsində xidmət edən Orxan Əkbərov, 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Polkovnik-leytenant Əkbərov Orxan 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin xeyli sayda əsgərini və bir neçə silah dolu maşınını məhv edib.

Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Şəhid polkovnik-leytenant Faiq Qasımov

Qubadlı rayonunun Qayalı kəndində anadan olan Faiq Qasımov Aprel döyüşlərinin də iştirakçısı olub. O, Vətən Müharibəsinin ilk günlərində şəhid olub. Faiq Qasımov 1992-ci ildə Qarabağ müharibəsində şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımovun (Həsən Qorxmaz) qardaşıdır.

Şəhid polkovnik-leytenant Anar Əliyev

1980-ci ildə avqust ayının 28-i Kəlbəcərdə (Boyaqlı kəndi) dünyaya göz açıb. Vətən müharibəsində misilsiz şücaətlər göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı zabiti Polkovnik-leytenant Anar Əliyev Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib.

Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu  Ali Baş Komandan İlham Əliyevə Anar Əliyev verib. Anar Əliyev oktyabr ayının 21-i Vətən müharibəsinin Xocavənd cəbhəsində qəhrəmancasına Şəhid olub.

Şəhid polkovnik-leytenant Ramiz Qasımov

O, 1975-ci ildə Beyləqan rayonunda anadan olub. Aprel və İyul döyüşlərində də iştirak edib.

27 sentyabrdan başlayan Vətən Müharibəsində səhər saatlarından etibarən düşmənə ilk əks-hücum əməliyyatına başlayıb. O, təyin olunan vaxtdan 20 dəqiqə əvvəl uçuşa qalxmış və nəticədə düşmənin bütün Qarabağla yanaşı ətraf rayonlarımızı nəzarətdə saxladığı, həmçinin, ordumuzun aviasiya sistemlərini zərərsizləşdirə biləcək strateji əhəmiyyətli hədəfini ilk həmlədə məhv edib. Bununla kifayətlənməyən pilot Ramiz Qasımov düşmənin bir neçə OSA zenit raket kompleksin də məhv edib.

Ramiz Qasımov uğurlu əks-hücum əməliyyatından geri dönərkən mənfur düşmənin hədəfinə tuş gəlir. O, özünü itirmədən ekipaja helikopteri tərk etməyi əmr edir. Daha sonra hündürlüyünü sürətlə itirən helikopterin yaşayış ərazisinə düşməsinin qarşısını almaq üçün onu boş sahəyə tərəf yönəldir. Mülki əhalinin təhlükəsizliyini düşünən pilot helikopteri boş sahəyə yönləndirdikdən sonra tullanır. Helikopteri gec tərk etdiyi üçün yaralanır. Yaralı pilot Ramiz Qasımov 27 sentyabrdan 22 oktyabr tarixinədək komada qalır. O, 22 oktyabr tarixində şəhidlik zirvəsinə ucalır...

Banner

Digər xəbərlər