Banner

Qarabağ

Prezidentin Laçında açılışını etdiyi etdiyi SES-lə bağlı - MARAQLI MƏQAMLAR

Prezidentin Laçında açılışını etdiyi etdiyi SES-lə bağlı - MARAQLI MƏQAMLAR | FED.az
20:34 15 Fev 2021

Prezidenti İlham Əliyevin dünən açılışında iştirak etdiyi "Güləbird” Su Elektrik Stansiyası (SES) ilə bağlı iqtisadçı Toğrul Vəliyev maraqlı məlumat yayıb.

FED.az xəbər verir ki, iqtisadçı ermənilərin Güləbird SES-i 2019-cu ildə tikdiyini bildirib: 

"Erməni mənbələrinin məlumatına görə, bu SES "Həkəri" MMC adlı şirkətə məxsus olub. Şirkət 2020-ci ilin ilk yarısında təxmini 16 min manat həcmində vergi ödəyib (Separatçı rejimə vergi ödəyən 300 şirkət arasında 295-ci yerdə olub). Başqa tərəfdən bu şirkət daxili korrupsiyanın yaxşı təcəssümüdür. Belə ki, şirkət səhmdarları arasında 2019-cu ilin sonuna kimi Arayik Aratyunyanın köməkçisi olan şəxsin həyat yoldaşı, Ermənistanda fəaliyyət göstərən mis kombinat sahiblərin həyat yoldaşları və digər Su Elektrik Stansiyaların sahibləridir (şirkətin özü 2016-ci ilə qeydiyyatdan keçib). 

SES-in gücü 8,04 MVt, istehsalı isə 45-82 milyon kVt*saat elektrik enerji təşkil edir”.

Banner
Banner

Digər xəbərlər