“Təəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səylərə baxmayaraq, heç bir nəticəyə gəlinmədi. Azərbaycan apardığı uğurlu əməliyyat nəticəsində Ermənistanı sülhə məcbur etdi və torpaqlarını azad etdi. Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu”.
Eləcə də bax: "Biz Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamağı təklif etmişik"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunun “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, artıq Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil:
“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında əlaqələr yoxdur. Zəngəzur Dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanda əlaqəsi yaradılacaq. Azərbaycan sülh müqaviləsinin bağlanmasını təklif kimi irəli sürüb və Ermənistana təklif edib. Biz sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”.
H.Hacıyev qeyd edib ki, bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacağıq: “Biz Gürcüstanla əməkdaşlıq edirik, Ermənistan da bu prosesə qoşula və bundan fayda görə bilər”.