Sülh sazişi layihəsi ilə bağlı təxminən 70 faiz məsələ razılaşdırılıb.
Ermənilər silahı yerə qoydu - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan da öz növbəsində, Qarabağın erməni sakinləri ilə bağlı etnik azlıq məsələsini sülh sazişində əks etdirməlidir:
“Bu, qarşılıqlı proses olmalı idi. Əfsus ki, törədilən hibrid müharibələr, mənfi tendensiyalar növbəti intensiv danışıqların keçirilməsinə mane oldu. Hələ də bu məsələ Azərbaycanın gündəliyindədir və Azərbaycan hələ də sülh sazişinin tərəfdarıdır”.