Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində qadağan olunmuş silahlarla bağlı paylaşım edib.
FED.az xəbər verir ki, Prezidentin köməkçisi yazıb:
"Tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış yerlərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur. Ermənistanda fosforlu partlamamış döyüş sursatları istifadə olunurdu.
Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin 1980-ci ildə bəzi BMT-nin bəzi silah növlərinin qadağan olunması haqqında konvensiyasının yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti və ya haqqında III Protokolu ilə qadağan olunub".