Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sonra dövlətimizin başçısı və xanımı kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.


























