Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.
Ağdamda “Hilton Garden İnn” hotelində işlərin icrası 60 faiz yerinə yetirilib - Prezident tikinti ilə tanış olub - FOTOLAR
FED.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.
Hoteldə 50 nəfər işlə təmin olunub.