Dekabrın 20-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı rayonunda olublar.
FED.az xəbər verir ki, dövlət başçısı və xanımı rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.