Banner

Qarabağ

Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə münasibət - Bildirib

Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə münasibət - Bildirib | FED.az
12:31 26 Fev 2021

“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Eləcə də bax: Rusiya sülhməramlıların olduğu ərazilərə azərbaycanlılar qayıdacaq? - İLHAM ƏLİYEV AÇIQLADI

FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan öz vəsaiti hesabına bu Montorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edərək bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın və əgər olarsa kim bunu törədib, təşəbbüskar, günahkar kimdir bunu təsbit etməkdir. Bu Monitorinq Mərkəzi hesab edirəm ki, post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcəkdir”, - Prezident bildirib. 

Banner
Banner

Digər xəbərlər