“Ermənilər Şuşanı bu “İskəndər M” raketlərindən atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi”.
Eləcə də bax: ““İskəndər” raketləri Azərbaycana Ermənistandan atılıb”
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.
Dövlət başçısı bildirib ki, artıq bu, əyani sübutdur: “Ermənistanın hərbi cinayətinin sübutudur. Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün Şuşanı qədim şəhərimizi Ermənistan “İskəndər M” rakateləri ilə məhv etməyə çalışırdı. Biz Şuşanı azad edəndən sonra bundan istifadə etdilər.
Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”