FED.az xəbər verir ki, Prezident İlham Əliyev Qarabağın azad edilməsində fərqlənmiş hərbi qulluqçuların medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Xüsusilə 11,365 min hərbi qulluqçu (403 nəfər ölümündən sonra) “Füzulinin azad olunmasına görə”, 11,831 min hərbi qulluqçu (373 nəfər ölümündən sonra) “Xocavəndin azad olunmasına görə”, 3,435 min hərbi qulluqçu (2 nəfər ölümündən sonra) “Zəngilanın azad olunmasına görə”, 10,211 min hərbi qulluqçu (260 nəfər ölümündən sonra) “Cəbrayılın azad olunmasına görə”, 5,867 min hərbi qulluqçu (53 nəfər ölümündən sonra) “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.