Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
FED.az xəbər verir ki, sonra dövlətimizin başçısı və xanımı kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.