Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq.
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"İndi Azərbaycan ərazisində yerləşən missiyadan söhbət gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyə Kremli sözçüsü vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Qarabağ regionun Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib. (Apa)