Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edir.
Eləcə də bax: "Azərbaycanlılar dünən gəldilər, sakit davrandılar, hücum olmadı"
FED.az xəbər verir ki, Ermənistan KİV-nə görə, o, Ermənistanla Azərbaycanın Kəlbəcər rayonu arasında yerləşən Zod qızıl yatağı ətrafında yaranmış vəziyyətə toxunub.
“Zod qızıl yatağının yarısı Azərbaycan, yarısı isə Ermənistan ərazisinə düşür. Üçtərəfli razılşmaya görə, Kəlbəcər rayonunu Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı ilə həyata keçirilir”.
Nikol Paşinyan ölkə müxalifətini qanlı yolla hakimiyyətə gəlmək niyyətində ittiham edib. O həmçinin, yalnız rəsmi informasiyaya güvənməyə çağırış edib. (Modern)