Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək ondan Ermənistana yardım göstərilməsi üzrə təcili məsləhətləşmələrə başlamağı xahiş edib.
Eləcə də bax: Azərbaycan və Ermənistan Cenevrədə bir sıra addımları atmağı qəbul ediblər
FED.az xəbər verir ki, Ermənistan KİV-inə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Eləcə də bax: Azərbaycanın tamamilə yerli istehsal olan - YENİ DRONU VAR - “ZƏRBƏ” NƏYİ BACARIR?
N.Paşinyanın belə müraciətinin 1997-ci ildə imzalanmış “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi”nin ikinci bəndinə əsaslandığı vurğulanır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatı başlayandan bəri Ermənistanın baş naziri dəfələrlə Rusiya prezidentindən yardım dilənib. Buna qədər o, telefonla əlaqə saxlamağa çalışardı.
Hətta Oktyabrda “Rossiya-1” telekanalı Rusiya prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb. (Report)