Banner

Qarabağ

Pakistan Azərbaycana humanitar - Yardım Göndərib

Pakistan Azərbaycana humanitar - Yardım Göndərib | FED.az
11:10 12 Dek 2020

Bu gün Azərbaycana humanitar yardım gətirən Pakistana məxsus C-130 təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Eləcə də bax: Pakistandan Ermənistana - Sərt Çağırış

FED.az xəbər verir ki, ilkin ehtiyac üçün vasitələr, o cümlədən böyük çadırlar, yataq dəstləri və hazır qidalar Pakistan hökuməti tərəfindən Azərbaycan hərbçilərinə və azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərə göndərilib.

Gələn humanitar yardım Pakistanın səfriri Bilal Hay və hərbi attaşe tərəfindən qəbul olunaraq Azərbaycan Müdafiə Nazirliyini təmsil edən polkovnik Rüstəm Gözəlova təhvil verilib.

Banner
Banner

Digər xəbərlər